Elektron tullantıların utilizasiyası

Müasir dövrdə texnologiyanın sürətli inkişafı nəticəsində elektron avadanlıqlar daha tez köhnəlir və istifadəyə yararsız hala düşür. Bu, böyük həcmdə elektron tullantının yaranmasına səbəb olur. Elektron tullantılar (E-tullantılar) tərkibində ağır metallar, zərərli kimyəvi maddələr və təkrar emal edilə bilən qiymətli materiallar saxladığı üçün onların düzgün utilizasiyası olduqca vacibdir.
Şirkətimiz köhnəlmiş, sıradan çıxmış və istifadəyə yararsız olan elektron avadanlıqların ekoloji standartlara uyğun şəkildə toplanması, daşınması və utilizasiyasını təmin edir. Biz fərdi istifadəçilərdən, şirkətlərdən və müəssisələrdən artıq işləməyən kompüterlər, noutbuklar, printerlər, skanerlər, mobil telefonlar, televizorlar, məişət texnikası və digər elektron cihazları qəbul edirik.
Elektron cihazlar tərkibində civə, qurğuşun, kadmium və digər toksik maddələr ehtiva edir. Bu tullantıların nəzarətsiz şəkildə atılması torpaq və suyun çirklənməsinə səbəb ola bilər.
Təkrar emal və resurslardan səmərəli istifadə prinsipini əsas tutaraq elektron tullantıların utilizasiyası vasitəsilə bu tullantıların tərkibində olan elementlərin təkrar istehsala qaytarılması təmin edilir. Bu maddələrin təkrar istehsala qaytarılması həm iqtisadi, həm də ekoloji baxımdan böyük fayda təmin edir.
Məxfi məlumatların təhlükəsizliyi – köhnə cihazlarda saxlanılan şəxsi və korporativ məlumatların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq üçün onların təhlükəsiz şəkildə utilizasiyası zəruridir. Biz utilizasiya prosesində məlumatların tam məhv edilməsini də təmin edirik.