UĞURLU
Fəaliyyət
«Fors» MMC 2018-dən tullantıların idarə olunması və əsasən sıradan çıxmış avadanlıq və qurğuların və elektron tullantıların utilizasiyası sektorunda fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə minlərlə ton çox hissəsi elektron olmaqla tullatını utilizasiya edərək yararlı hissələrini yenidən istehsala qazandırmışdır. Utilizasiya sektorunda yeni yanaşma tətbiq edərək tullantıların təbiətə vurduğu zərəri minimuma endirərək yenidən istifadə üçün yararlı hala gətirmişdir. Çeşidlənərək müxtəlif istehsalat sahələrinə qara, əlvan metal, plastik və s materiallarla təchiz etməkdədir.
TƏLƏBAT
Artan həcm və investisiyalar
Aylıq 1000 tonun üzərində elektron tullantıların utilizasiya həcminə malik «Fors» MMC, bu həcmin artırılması üçün də müxtəlif investisiyalar edir. Sabunçu rayonunda yerləşən 3000m2-dan artıq ərazidə gedən tullantıların toplanması, ayrılması və utilizasiya prosesi, təcrübəli işçi heyəti tərəfindən həyata keçirilir.
Bundan başqa 2023-cü ilin noyabr ayından etibarən Qırğıstan Respublikasının Bişkek şəhərində filialımız fəaliyyət göstərməkdədir. 1300m2 emal və istehsalat sahəsi ilə başlayaraq qısa müddətdə 5000m2 qapalı sahədə fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Əldə olunan təcrübənin qardaş Qırğıstan Respublikasında tətbiq edərək tullantıların idarə olunması sahəsində böyük işlər görmək planlarımız mövcuddur